Zelenski Baydeni ALQIŞLADI: "Güclü qərardır..."
"Co Baydenin ABŞ prezident seçkilərindən geri çəkilməsi çətin, lakin güclü qərardır".
Redaktor.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hazırkı Amerika liderinin namizədliyini geri götürməsini belə şərh edib.
“Biz bu günün çətin, lakin güclü qərarına hörmət edirik. Prezident Baydenin rəhbərliyinə həmişə minnətdar olacağıq".
O, ümid etdiyini bildirib ki, ABŞ-nin növbəti rəhbərliyi bundan az güclü olmayacaq və Moskva ilə münaqişədə Kiyevi dəstəkləməkdə davam edəcək.
Sevinc İBRAHİMZADƏ