Razi Nurullayevin əsas rəqibi namizədliyini geri götürdü - SƏBƏB

 15:14 22.07.2024     332

Xəbər verdiyimiz kimi  sentyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək.

Redaktor.az xəbər verir ki, növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib. MSK sədri bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Məlumata görə,İmişli Ağsaqqallar Şurasının sədri,tanınmış iş adamı Saleh Səmədov  da  81 saylı dairədən  namizədliyini irəli sürüb. Məlumata görə,tanınmış iş adamı daha sonra namizədliyini geri götürüb.

Qeyd edək ki,Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də həmin dairədən namizədliyini irəli sürüb.

Citypost.az məsələ ilə bağlı tanınmış iş adamı,xeyriyyəçi Saleh Səmədovla əlaqə saxlayıb.

"Müəyyən məsləhətləşmələrdən sonra namizədliyimi geri götürdüm. Mənim üçün Ağsaqqallar Şurasının Sədrindən böyük vəzifə yoxdur.Mən İmişlini və imişliləri çox sevirəm.Onların içində olmağı daha üstün tuturam",-  deyə Saleh Səmədov bildirib.