Deputatlığa namizədliyi qeydə alınanların sayı AÇIQLANDI
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: "Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb”.