Artıq sülhün vaxtıdır – Vaşinqtondan MESAJ

 23:09 22.07.2024     304

“Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir”.

Redaktor.az-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ prosesi dəstəkləmək işinə sadiqdir. “Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik”, – deyə Metyu Miller qeyd edib.