Bayden Trampı "şanslı" ADLANDIRDI

 11:17 23.07.2024     286

ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp Amerika lideri Co Baydenlə telefon danışığının yeni təfərrüatlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, sabiq prezident bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.

Trampın sözlərinə görə, Bayden ona sui-qəsd zamanı bəxtinin gətirdiyini deyib.

"Sağ qayıtdığınız üçün şanslısınız", - Bayden Trampa bildirib.

Sevinc İBRAHİMZADƏ