"Rusiya Bakı və İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır" - Zaxarova

 13:17 24.07.2024     279

Rusiya tərəfi Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şərait yaradacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Alınan razılaşmalara uyğun olaraq, Moskva dəfələrlə sülh müqaviləsi layihəsi üzrə Ermənistan-Azərbaycan danışıqlarının raundlarına ev sahibliyi edib. Mən həmişə vurğuladığım kimi, bunu davam etdirməyə hazırıq. Biz hər iki nümayəndə heyətinin öz seçdikləri ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət veririk”, - diplomat bildirib.

Zaxarova qeyd edib ki, Rusiya Federasiyası tərəflər arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik arxitekturasının qurulması üçün əvəzsiz ilkin şərt hesab edir.

Turan İSMAYIL