Putin özbəkistanlı həmkarı ilə telefonda danışdı

 14:46 24.07.2024     243

Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Bəyanatda vurğulanır ki, iki dövlət başçısı Moskva və Daşkəndin ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını təsdiqləyiblər. Bura strateji tərəfdaşlıq və müttəfiqliklərin gücləndirilməsi daxildir.

Eyni zamanda, telefon danışığından öncə Putin iyulun 24-də 67 yaşını qeyd edən Mirziyoyevə təbrik teleqramı göndərib. 

O əlavə edib ki, Özbəkistan lideri Moskva ilə Daşkənd arasında münasibətlərin inkişafına böyük şəxsi töhfə verib, bunu qiymətləndirmək çətindir. Putin iki ölkə arasında konstruktiv dialoqu və sıx birgə işi davam etdirməkdən məmnun olacağını bildirib.

Sevinc İBRAHİMZADƏ