Azərbaycan Rusiyada və digər yerlərdə Ermənistanla danışıqlara hazır olduğunu bəyan ETDİ

 14:51 24.07.2024     308

Azərbaycan Rusiyada və başqa yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub.

Redaktor.az xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olmasını şərh edərkən deyib.

"Azərbaycan tərəfi Rusiyada və digər yerlərdə Ermənistan tərəfi ilə danışıqlara həmişə hazır olub", - Hacızadə bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya tərəfi Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şərait yaradacaq.

Turan İSMAYIL