Ukrayna üzrə təmaslar üçüncü ölkədə baş tutdu

 09:30 25.07.2024     245

Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə ABŞ-nin ekspert və politoloqları vasitəsilə qarşılıqlı əlaqə üçüncü ölkədə yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ukrayna məsələsi üzrə ikinci yol təmasları, yəni Moskva ilə Vaşinqton arasında ekspertlər və politoloqlar, eləcə də elmi və akademik ictimaiyyətin nümayəndələri vasitəsilə qarşılıqlı əlaqə, əslində, bir müddət əvvəldən başlayıb”, - diplomat bildirib.

Zaxarova əlavə edib ki, bu qarşılıqlı əlaqə “üçüncü ölkədə” baş verib, lakin təmasların dəqiq harada baş verdiyini açıqlamayıb.

Sevinc İBRAHİMZADƏ