"Əgər o, prezident olsa, bir il ərzində ölkəni məhv edəcək"
ABŞ-nin vitse-prezidenti Kamala Harris builki seçkilərdə prezident seçilsə, bir il ərzində ölkəni məhv edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp bildirib.
“Korrupsioner Co Bayden kimi, Kamala Harris də lider olmağa yaraşmır. Rəhbərliyə yaraşmır, bir il ərzində ölkəmizi məhv edəcək, bu ölkə yox olacaq", - Tramp deyib.
Saat yarım davam edən söhbət zamanı Tramp Harrisin adını çəkib və onun haqqında onlarla dəfə mənfi fikirlər səsləndirib.
Sevinc İBRAHİMZADƏ