"Özümüzə güvənirik" - Elman Məmmədov seçkilərdə iştirakından danışdı

 14:02 26.07.2024     396

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində etimad göstərdiyi namizədlərdən biri də hazırda Milli Məclisin deputatı olan Elman Məmmədovdur.

Redaktor.az millət vəkilindən seçki kampaniyasının gedişatı barədə məlumat alıb.

"Yeni Azərbaycan Partiyasının namizədi olaraq 118 saylı Ağdam-Xocalı seçki dairəsindən namizədliyim verilib. Hər şey qaydasında gedir. Hazırda imza vərəqlərini hazırlayıb dairəyə təqdim etmək ərəfəsindəyik. Dairədə məndən başqa da namizədlər var. Özümüzə güvənirik", - deyə o bildirib.

Elman Məmmədov vurğuladı ki, o bu vaxta qədər seçiciləri tərəfindən qaldırılan problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib, əsirgəməyəcək də.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2024-cü il sentyabrın 1-də keçiriləcək.

Türkan İSGƏNDƏRLİ