"Türkiyənin içində müəyyən mövqeyə sahib erməni əsilli şəxslər var" - AÇIQLAMA

 16:40 26.07.2024     513

"Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa ehtiyacı olsa da, bu istəyi sadəcə dildədir".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov dedi. Onun sözlərinə görə, Ermənistan bununla dünyaya sülhə açıq olduğunu sübut etmək istəyir.

"Ermənistan Türkiyə ilə razılaşmaq istəyir. Ancaq Türkiyəyə qarşı soyqırım iddiasından əl çəkmir. Üstəlik Türkiyəyə qarşı ərazi iddiası var. Ermənistan hakimiyyəti praktik addım ata bilmir. Ermənistan üç tərəfə mesaj verməyə çalışır: Beynəlxalq aləm, öz xalqı və Türkiyə xalqı. Mesaj ondan ibarətdir ki, mən Türkiyə ilə əlaqələri normalaşdırmaq istəyirəm, amma Türkiyə istəmir".

S.Hümbətov bildirdi ki, belə bir anlaşma əldə olunarsa, Ermənistanın əsl niyyəti məlum olacaq:

"Türkiyənin içində müəyyən mövqeyə sahib erməni əsilli şəxslər var. Onlar sülh üçün türk hökumətinə qarşı təzyiqlərin artırılmasını istəyir. Amma nəticədə budur ki, Ermənistan əməli praktiki addım atmaqdan çox uzaqdır. Bu da onu deməyə əsas verir ki, fikir, yəni bəyanatla hərəkət etmək lazımdır. O zaman nəticəni görmək olar".

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiq olduqlarını və Ankaradan da bunu gözlədiklərini qeyd edib.

Türkan İSGƏNDƏRLİ