Yaşar Gülər Azərbaycanın yeni attaşesi ilə görüşdü - FOTO

 19:50 26.07.2024     411

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Türkiyəyə yeni təyin olunmuş hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalovla bərabər Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişafına diqqət çəkilib.

İki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, müdafiə sahəsindəki yeni əməkdaşlıq fürsətləri müzakirə edilərək bu sahədə inkişafdan məmnuniyyət ifadə edilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın yeni təyin olunan hərbi attaşesinin hərbi sahədə ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminliyini bildirərək general-mayor Z.Zeynalova fəaliyyətində uğurlar arzulayıb.