Əli Əsədov İrana gedəcək
İranın yeni prezidenti Məsud Pezeşkian dünən – bazar günü Prezident Adiminstrasiyasına gələk rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
Redaktor.az İran KİV-nə istinadən xəbər verir ki, Pezeşkianın Prezident Adiminstrasiyasının binasına daxil olarkən “Qurani-Kərim”in altından keçməsi diqqət çəkib.
O, “Qurani-Kərim”dən ayə oxuyaraq prezident kürsüsündə əyləşib.
Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.
İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib ki, yeni prezident iyulun 30-da günortadan sonra and içəcək.
Andiçmə mərasiminə 70-dək xarici nümayəndə heyəti də qatılacaq.
Azərbaycanı Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədovun təmsil edəcəyi gözlənilir.