"Yaxın zamanlarda İranda erməni dili dövlət dili elan oluna bilər" - Fazil Mustafa

 16:03 31.07.2024     633

"Pezeşkian əvvəlcə erməni dilinin dövlət dili elan edilməsi təhlükəsinin qarşısını almalıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa İranın türk əsilli yeni prezidenti Məsud Pezeşkianın seçki kampaniyasında İrandakı Azərbaycan türklərinə öz ana dilində təhsil alacaqları barədə vədinə əməl edib-etməyəcəyi barədə sualı cavablandırarkən dedi.

Millət vəkili hesab edir ki, Pezeşkian bu ərəfədə Azərbaycan dilinin inkişafı ilə bağlı hansısa bir addım ata bilməz.

"Çünki İrandakı mövcud atmosfer buna nə dərəcədə imkan verəcək, bunu söyləmək çətindir. Çünki hələ ki, Pezeşkian İranda erməni dilinin dövlət dili elan edilməsi təhlükəsinin qarşısını almalıdır. Yəni belə gedişat onu göstərir ki, əgər İran Ermənistanın adından bəyan edirsə ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın maraqlarına ziddir, bu o deməkdir ki, yaxın zamanlarda İranda erməni dili dövlət dili elan oluna bilər və bu baxımdan da bunun qarşısını almaq hələ daha vacib məsələdir. Sonrakı mərhələdə yəqin ki, Azərbaycan dili ilə bağlı da müəyyən addımlar atılacaq", - deyə Fazil Mustafa bildirdi.

Türkan İSGƏNDƏRLİ