Bu halda Türkiyə Ermənistanla sərhədi AÇA BİLƏR
İrəvanla Bakı arasında münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistanla sərhədi aça bilər.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə açıqlamasında deyib.
“Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir, əgər normallaşma prosesi başa çatsa, müsbət ssenarini işə salacağıq, yəni sərhəddə qapıları aça bilərik”, - deyə nazir bildirib.
Sevinc İBRAHİMZADƏ