54 KİV namizədlərə ödənişli təşviqat üçün yer ayıracaq - Rövzət Qasımov
Parlament seçkilərində iştirak edən namizədlərə ödənişli əsaslarla təşviqat üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 54 media subyekti müraciət edib.
Redaktor.az xəbər verir ki, bunu Komissiyasının bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, bütün namizədlərə bərabər şəraitin yaradılması üçün addımlar atıb: “Məlumatlar bu gün MSK-nın internet səhifəsində yerləşdiriləcək”.