Nazir Haniyənin müavini ilə GÖRÜŞDÜ

 10:21 02.08.2024     294

Türkiyənin xarici işlər naziri Hakan Fidan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin dəfn mərasimində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gəlib. O, Həmas Siyasi Bürosunun sədr müavini Xalid Məşələ başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Görüşdə Şəhid İsmayıl Haniyənin oğulları Əbdüsselam və Hemmam da iştirak edib.

Qeyd edək ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə sui-qəsd nəticəsində Tehrandakı iqamətgahında öldürülüb.

Sevinc İBRAHİMZADƏ