Aİ Gürcüstanı bu səbəbdən HƏDƏLƏYİR
Avropa İttifaqı Gürcüstanı “xarici agentlər” haqqında qanuna görə maliyyələşdirməni dayandırmaqla hədələməyə davam edir. Qüvvəyə minən “mübahisəli qanun” Gürcüstanın Aİ-yə inteqrasiya yolunda irəliləyişində geri addımdır.
Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Peter Stano deyib.
“Biz hökumətə maliyyə yardımımızı dayandırmaq imkanını nəzərdən keçiririk” -, o vurğulayıb.
Qeyd edək ki, ötən gün Gürcüstanda xaricdən maliyyələşən QHT və KİV-lərin qeydiyyatı başlayıb.ğ
Sevinc İBRAHİMZADƏ