İsrail İranı təhdid ETDİ
İsrail İranla bağlı istər müdafiə, istərsə də hücum xarakterli istənilən məsələyə hazırdır.
Redaktor.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
"İsrail həm müdafiə, həm də hücum baxımından hər cür ssenariyə qarşı yüksək hazırlıq vəziyyətindədir. Bizə qarşı hər tərəfdən hücumlara cavab olaraq çox ağır zərərlər verəcəyik... Bizə hücum edən hər kəs ağır bədəl ödəyəcək", - deyə o qeyd edib.
Sevinc İBRAHİMZADƏ