XİN Livandakı vətəndaşlarımıza xəbərdarlıq ETDİ
Livan-İsrail müharibəsi nəzərə alınaraq, bir çox ölkələr Livandakı vətəndaşlarına Livanı tərk etməyə çağırıb, uçuşlar təxirə salıb.
Redaktor.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirildi ki, Azərbaycan vətəndaşlarına mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunub.
Həmin müraciəti sizə təqdim edirik:
No:309/24, Səyahət xəbərdarlığı: Livan Respublikası
Livan Respublikasının yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
Eyni zamanda, hal-hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.
Türkan İSGƏNDƏRLİ