İƏT-in təcili iclasına kim gedəcək?- XİN
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin bu gün - avqustun 7-i Ciddədə keçiriləcək təcili iclasına Azərbaycandan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qatılacaq.
Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, İƏT-in təcili iclası ötən gün çağırılıb. Bu gün keçiriləcək toplantıda əsas mövzu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlikdir.