YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

 20:03 10.08.2024     370

Yeni Azərbaycan Partiyası 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur: “Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.