Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurdu

 18:18 18.08.2024     549

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Redaktor.az xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.

“Moskvada 18 il 6 ay fəaliyyət göstərmişəm. Bu, diplomatik xidmət üçün az müddət deyil. Hazırkı mərhələdə mənim doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, seçiləcəyəm və Qarabağın işğaldan azad olunmasından sonra birinci deputat olmaq böyük şərəfdir. Allahın nəsib etdiyi ömrümün qalan hissəsini Vətənimdə insanlarla və təbiətlə daha çox ünsiyyətə həsr etmək istərdim".

Xatırladaq ki, Polad Bülbüloğlu hazırda 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə deputatlığa namizəddir.