"Çox gözəl hissdir" - Rəşad Məcid Prezidentə təşəkkür etdi

"Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çox gözəl hissdir. Mənim göstərdiyim əməyə böyük qiyməti var. Bu da məni sevindirir".
Bunu Redaktor.az-a açıqlamasında Prezident İlham Əliyevin bir qədər öncə imzaladığı sərəncamla 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi.
"Yenə də bu fəaliyyəti davam etdirəcəm", - o dedi.
Qeyd edək ki, sabah Rəşad Məcidin 60 yaşı tamam olur.
Türkan İSGƏNDƏRLİ