Bu şəxslərə seçki bülleteni verilməyəcək - MSK sədrindən XƏBƏRDARLIQ

 16:40 22.08.2024     210

Vətəndaşlar barmağına xüsusi mürəkkəbin çilənməsinə icazə vermirsə, ona seçki bülleteni verilməyəcək.

Redaktor.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, həmin vətəndaşlar dərhal seçki məntəqəsini tərk etməlidir.

"Amma ona qarşı heç kim məcburetmə tətbiq edə bilməz"- deyə Pənahov qeyd edib.