Gürcüstan AB və NATO hədəflərini konstitusiyadan çıxarmayacaq

 12:08 23.08.2024     334

Gürcüstan hakimiyyəti Tbilisinin Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı məqsədləri ilə bağlı konstitusiya maddəsini çıxarmaq və ya dəyişdirmək niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

“Şübhəsiz deyə bilərəm ki, biz 78-ci maddəni nə ləğv etmək, nə də ona dəyişiklik etməyi planlaşdırmırıq”, - Kobaxidze qeyd edib.

Sevinc İBRAHİMZADƏ