Ermənistan Qərbin silahları ilə Azərbaycana qarşı təxribat törədərsə, fəlakətlə üzləşəcək - Polkovnikdən AÇIQLAMA
Qərbin Ermənistanı silahlandırmaqda davam etməsi Cənubi Qafqazda ciddi narahatlıqlar doğurur. Məlum məsələdir ki, ABŞ və Fransasının İrəvanı silahlandırmasında hansısa maraqlar var.
Bəs Ermənistan bu silahlardan Azərbaycana qarşı istifadə edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, Ermənistan bu silahlarla Azərbaycana qarşı təxribat törədə bilməz.
"Heç kimə sirr deyil ki, bu gün Cənubi Qafqazda böyük dövlətlərin Ermənistanın silahlandırılması da, əslində ikinci dərəcəli məsələdir. Çünki daha çox böyük dövlətlər öz maraqlarını təmin etməyə çalışırlar. Ancaq bu silahlardan Azərbaycana qarşı istifadə etmək, təxribat törətmək qeyri-mümkün məsələdir".
Polkovnikin sözlərinə görə, müharibə Ermənistanı fəlakətə gətirib çıxara bilər.
"İndiki şəraitdə müharibə heç kimə sərf eləmir. Çünki bu təxribatlar nəticədə gəlib böyük toqquşmalara səbəb ola bilər. Xüsusilə Ermənistanı fəlakətə gətirib çıxara bilər. Yəni Ermənistan daha ciddi zərbələr ala bilər. Ancaq bütün hallarda, Azərbaycan tərəfi bu məsələləri çox diqqətlə izləyir. Yəni Azərbaycana qarşı hər hansı ciddi bir təxribat törədilərsə, ya ciddi məsələlər baş versə, Azərbaycan dövləti, əsgəri lazımlı cavabı verəcək", - deyə Elşad İsayev bildirdi.
Türkan İSGƏNDƏRLİ