Ceyhun Bayramov Türkiyəyə gedəcək

 14:47 26.08.2024     208

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

"Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq", - məlumatda bildirilib.