Rusiya Kursk əməliyyatının qisasını bu iki ölkədən alacaq - Politoloqdan AÇIQLAMA

 17:42 28.08.2024     646

Son 24 saat ərzində artıq iki ölkə, Finlandiya və Polşa Ukraynaya hərbi yardımı dayandırdıqlarını elan ediblər. Onlar bu addımı öz dövlətlərinin təhlükəsizliyini qorumaq üçün atdıqlarını bildirib.

Maraqlıdır, Rusiya bu ölkələrə təzyiq edib?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, dövlətlərin belə addım atmağına səbəb Ukraynanın Kurska girməyi olub:

"Ümumiyyətlə, Ukraynaya silah verilməsi mövzusu manipulyasiya mövzusuna çevrilib. Qərb dövlətləri bu məsələni siyasi alver predmetinə çeviriblər. Finlandiyanın Ukraynaya silah verməsini dayandırmağı, Ukraynanın Kurska girməsindən sonra baş verir. Çünki Finlandiya qorxur ki, Rusiya onun ərazilərinə daxil olan Ukrayna ordusunun Qərb silahlarından istifadə etməyi məsələsinə kəskin reaksiya verə bilər. Onsuz da Rusiyanın hədəfi Kurska daxil olan Ukraynanı təkcə cəzalandırmaq deyil, həm də Ukraynaya dayanmadan silah-sursat verən Avropa ölkələrinə qarşı da addımlar atmaqdır. Əlbəttə ki, Rusiya sərhədlərinə yaxın Finlandiya və Polşa yerləşdiyinə görə Kursk əməliyyatlarının qisasını Finlandiyadan və Polşadan hansısa bir formada çıxacaq". 

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna Qərblə razılaşmalara əməl etmir.

"Finlandiya və Polşanın məqsədi Ukraynaya silah verməyi dayandırmaqla Rusiyanın təzyiqlərindən yaxa qurtarmaq istəyidir. Həm də Ukrayna Qərbin verdiyi silahların Rusiya ərazilərində istifadə edilməməyi ilə bağlı daha əvvəl Qərblə etdiyi razılaşmaları pozur. Təbii ki, NATO və Qərbi Avropa ölkələri hələ ki, bu məsələdə Ukrayna ilə ciddi konfrantasiyaya getməsə də, artıq Rusiyaya yaxın olan ölkələr bu məsələdən ciddi şəkildə çəkilməyə başlayırlar. Hesab edirəm ki, Polşanın və Finlandiyanın Ukraynaya silah-sursat yardımını dayandırmağında da, məhz elə Rusiya faktoru mühüm rol oynayır", - deyə Tural İsmayılov bildirdi.

Türkan İSGƏNDƏRLİ