Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir

Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir.
Redaktor.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Rusiyanın Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciətindən çox şad olduğunu söyləyib.
"Biz Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkəyirik. Azərbaycan güclü namizəddir. Azərbaycanın üzvlüyü sözsüz ki, təşkilata əlavə dinamika gətirəcək", - deyə rusiyalı nazir müavini vurğulayıb.