"F-16 qırıcısının məhv olunmasında gizli səbəblər ola bilər"- AÇIQLAMA
Qərbdən Ukraynaya verilən F-16 qırıcı təyyarəsinin qəzaya uğraması böyük müzakirlərə səbəb olub. Bəziləri bunun ABŞ-nin uğursuz təliminin nəticəsi kimi, bəziləri isə Ukraynanın məsuliyyətsizliyi kimi adlandırır. Bəli, belə kritik anda, Ukraynanın özünün hərbi sursatlara ehtiyacı olduğu halda bu cür səhv etməsi yolverilməzdir.
Bəs görəsən bu hadisə ABŞ-nin Ukraynaya hərbi yardım verməsinə necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, əvvəlcə F-16 qırıcısının başına nə gəldiyi araşdırılmalıdır:
"Bu hadisə ABŞ-nin Ukraynaya hərbi yardım verməsinə təbii ki, təsir etməyəcək. Müharibə vaxtı belə hadisələr ola bilir. Bu cür məsələləri xüsusi xidmət orqanı araşdırmalıdır ki, F-16 qırıcı təyyarəsinin başına nə iş gəlib? Çünki bu çox vacib məsələdir. Ölkədə müəyyən gizli proseslər də ola bilər. Buna görə də onun daxili texniki təchizatını yoxlayıb, araşdırmaq lazımdır. Burada oğurlanmış proqram da ola bilər. Onda necə olacaq? Bu çox önəmli mövzudur".
Qeyd edək ki, təyyarənin pilotun səhvi nəticəsində yerə çırpıldığı açıqlansa da, onun taleyi ilə bağlı informasiya verilməyib.
Xatırladaq ki, Ukrayna hələ ki, yalnız 6 F-16 təyarəsi alıb.
Türkan İSGƏNDƏRLİ