Belarus MSK-nın sədri seçkiləri izləmək üçün Bakıya GƏLDİ

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko Azərbaycana gəlib.
Redaktor.az-ın məlumatına görə bu barədə Belarus KİV-lərdə bildirilib.
Qeyd edilib ki, o, sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək.
Səfər çərçivəsində İ.Karpenko bir sıra beynəlxalq müşahidəçilərlə Azərbaycan MSK-nın rəhbərliyi ilə görüşəcək, seçki prosesi ilə maraqlanacaq.