Türkiyədən Azərbaycandakı seçkilərlə bağlı BƏYANAT

Türkiyə 1 sentyabrda Milli Məclisə keçirilən seçkilər qardaş Azərbaycan üçün faydalı olacağına ümid edir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir.
İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək".