Ən yaşlı və ən gənc deputat kimdir?

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.
Redaktor.az xəbər verir ki, deputat seçilən ən gənc namizəd Mahir Süleymanlıdır.
O 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən mandat qazanıb. 29 yaşlı siyasətçi ikinci dəfədir deputat seçilir.
84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.