Ermənistan Azərbaycanla delimitasiya komissiyalarının iş qaydalarına baxacaq

 15:43 02.09.2024     275

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.

Redaktor.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.

Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir.

Vumart və Güvən reklamı Vumart Güvən