"Ermənistan Azərbaycanın təkliflərini özününküləşdirir" - AÇIQLAMA

 16:14 03.09.2024     394

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında toxunduğu məsələlərdən biri də avtomobil yolunun açılması idi. O, Ermənistanın günü sabah Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrini açmağa hazır olduğunu bildirib. Elədirsə, bu neçə il ərzində kommunikasiya xəttinin açılması barədə niyə razılıq əldə olunmayıb?

Mövzu ilə bağlı, Redaktor.az-a danışan politoloq Tural İsmayılov qeyd etdi ki, Ermənistan bir vaxtlar Azərbaycanın ona etdiyi təklifləri indi o, öz adından deyir.  

"Azərbaycan Ermənistanla bütün kommunikasiyaların açılmasında maraqlı tərəf kimi daim iştirak edib. Əslində bizim Ermənistana təklif etdiyimiz sülh sazişi həm də Ermənistanla müxtəlif yolların açılmasını özündə ehtiva edir. Dövlətimizin bununla bağlı konkret ortada iradəsi mövcuddur və əslində Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər onun özünün uydurması deyil, daha əvvəl Azərbaycan tərəfindən Ermənistana təklif edilən təkliflərin cəmini ifadə edir".

Tural İsmayılov: “Baş adamlar Ermənistanın layiqli cavabını almağını iddia edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın sülh müqaviləsi kimi göndərdiyi, qondarma layihənin heç bir dəyəri yoxdur.

"Paşinyan bilir ki, Zəngəzur dəhlizi əsas yollardan biridir. Bu gün onun "sülh kəsişməsi" adlı qondarma layihəsinin heç bir real dəyəri yoxdur. Azərbaycanla Ermənistan arasında ancaq və ancaq sülh əldə edilməsi üçün Zəngəzur dəhlizinin açılması və Ermənistanın 10 noyabr bəyanatının müddəalarına əməl etməsi vacib və mütləqdir deyə düşünürəm. Eyni zamanda Azərbaycanla Ermənistan arasında yeni yol açılarsa, əlbəttə ki, bu, sülh müqaviləsinə daha da təkan verə bilər. Ən azından ilkin müddəalarda Azərbaycanla Ermənistan arasında hansısa bir sülhün və eyni zamanda gələcək əməkdaşlığın modelləri də formalaşa bilər", - deyə Tural İsmayılov vurğuladı.

Türkan İSGƏNDƏRLİ