Türkiyənin BRİCS-ə üzvlüklə bağlı müraciətinə BAXILACAQ

Türkiyə BRICS-də tam formatlı iştirak üçün müraciət edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Türkiyənin müraciətinə baxılacaq.
Qeyd edək ki, BRICS-in sayca 16-cı sammiti bu ilin oktyabrın 22-24-ü tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib.
Turan İSMAYIL