Sülh müqaviləsində bu məsələ yer almayıb - Simonyandan AÇIQLAMA
Azərbaycanda saxlanılan ermənilərlə (Qarabağdakı keçmiş qondarma qurumun "rəhbərləri" - red.) bağlı məsələ İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb.
Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
"Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakının şərti kimi Ermənistan onların geri qayıtarılması məsələsini qaldıra bilərmi" sualına Simonyan bu cür müzakirələri indidən fikir bildirməyi tez adlandırıb.