"İrəvan kommunikasiyaların açılmasında üçüncü tərəflərin nəzarətini istəmir" - Mirzoyan

 15:12 09.09.2024     246

Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Sünikdən keçən yola üçüncü tərəflərin nəzarətini istisna edir. Lakin hər iki ölkədə lisenziyası olan bir şirkət dəmir yolu kommunikasiyalarını açarkən yük və ya sərnişinləri müşayiət etmək üçün cəlb edilə bilər.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, baş nazir Nikol Paşinyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransında kommunikasiyaların açılması halında özəl mühafizə şirkəti haqqında söylədiklərinə aydınlıq gətirib.

A.Mirzoyan bildirib ki, o sadəcə söylənilən fikirlərin necə dəyişidirlərək çatdırılmasından heyranlığını gizlədə bilmir, “müstəqil” ekspertlər isə uydurmanı reallıq kimi təqdim edirlər: “Dəhliz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç nə müzakirə olunmur. Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirdik. Mövqeyimizdə heç nə dəyişməyib”.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Azərbaycanın qərb regionları ilə Naxçıvan arasında gələcəkdə Sünikdən keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.