"Astanada sülh danışıqlarının aparılması təklifi məqbuldur" - Prezident

 16:19 09.09.2024     168

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.