İran rəsmisi Rusiyaya getdi: Zəngəzur dəhlizi müzakirə OLUNACAQ

 10:34 10.09.2024     230

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Əli Əkbər Əhmədian BRİCS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Rusiyaya gedib.

Onun Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması da planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən