ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək - Blinken

 17:10 10.09.2024     133

Vaşinqton Rusiya ilə hərbi-texniki əməkdaşlığa görə bu gün İrana qarşı yeni sanksiyalar elan edəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, eyni zamanda “Iran Air” aviaşirkətinə də qarşı əlavə tədbirlər nəzərdə tutulub.