"Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə sülh müqaviləsi imzalamağa hazırdır"

 22:12 10.09.2024     242

“Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Redaktor.az xəbər verir ki, bu bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxış edib.

“Son vaxtlar sülh sazişinin 80 faizinin razılaşdırılması ilə bağlı müxtəlif platformalardan bəyanatlar səslənib. Hazırda sülh müqaviləsi layihəsinin 13 maddəsi və preambulası tam razılaşdırılıb, əsasən iki cümlədən ibarət daha üç maddə qismən razılaşdırılıb”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, razılaşdırılmış müddəaların təməl daşını beynəlxalq səviyyədə qəbul edilən fundamental normalar təşkil edir. Bunu nəzərə alaraq, Ermənistan bütün razılaşdırılmış müddəaların imzalanmasına hazırdır.