Tanınmış hüquq müdafiəçisi Müsavat Partiyasından İSTEFA VERDİ

 15:47 11.09.2024     229

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə pravda.az-a hüquq müdafiəçisi özü məlumat verib.

“Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm”, - N.Cəfəroğlu bildirib.

2