“Natiq Cəfərlinin müraciətinə baxılacaq, çox mədəni adamdır” - MSK sədri

 17:22 11.09.2024     207

“Mərkəzi Seçki Komissiyasına 12 müraciət daxil olub”.

Redaktor.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Məzahir Pənahov bildirib ki, MSK-ya müraciətlərin daxilolma müddəti bu gün yekunlaşır:

“Hay-küy salmağa ehtiyac yoxdur. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, buna baxmağa bizim ixtiyarımız yoxdur. Əgər müraciət poçtla göndərilibsə və dairənin qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK ona baxa bilər”.

“MSK sabah 3 müraciətə baxacaq. MSK işinə məsuliyyətlə yanaşır. Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, - M.Pənahov əlavə edib (Qafqazinfo).