“Biz Moskvanın planlarını bilirik” - Zelenski

 22:28 11.09.2024     134

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna xüsusi xidmət orqanlarından aldığı hesabatda Moskvanın planlarını bildiklərini və buna uyğun hərəkət edəcəklərini deyib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski açıqlaması zamanı kəşfiyyat məlumatlarında Ukraynaya qarşı təhdidlər olduğunu bildirib. O, Moskvanın atacağı addımlara cavab olaraq Ukraynanın rifahı üçün sərt davranacaqlarını deyib.

V.Zelanski Rusiyaya kömək edən dövlətlərə də ismarıc göndərib.

“Təkcə dövlətimizi və xalqımızı müdafiə etmək üçün deyil, həm də müharibəni qızışdıranlara qarşı da cavab verəcəyik. Mütləq prioritetimiz ədalətli sülhdür və hər raket, hər pilotsuz təyyarə və hər düşmən hərəkəti, bu müharibəni daha uzun və daha qəddar etmək üçün edilən hər cəhd istər-istəməz dünyanın cavabı ilə qarşılaşacaq. Nə qədər çətin olsa da, biz dünyanın lazımi birliyini təmin edəcəyik” – deyə o, bildirib.

Vasif