“Gözlədiyimiz nəticələri verdi” - Zelenskidən Kursk bəyanatı

 14:09 14.09.2024     194

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinə hücumla bağlı nəticələri açıqlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Zelenski çıxışı zamanı Kurska hücumun Xarkov və Donetksdə Rusiya ordusunun irəliləyişlərini ləngitdiyini bildirib.

Rusiyanın Kursk cəbhəsində təqribən 40 min əsgəri olduğunu və əks-hücum etdiklərini bildirən Zelenski, onların ciddi bir nəticə əldə etmədiklərini deyib. O, sülh düsturunun tam şəkildə həyata keçirilməsinin Putinin deyil, Baydenin qərarından asılı olduğunu bildirib.

VASİF