“Rusiya İranı son nəticədə buna vadar edəcək” – AÇIQLAMA

 16:44 16.09.2024     312

Zəngəzur dəhlizi İranla Rusiyanı qarşı-qarşıya qoyub. İddia olunur ki, İran dəhlizin açılmasına qarşıdır. Çünki Tehran düşünür ki,  Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycanın regiondakı nüfuzunu daha da gücləndirəcək. Daha bir məqam isə dəhlizin açılmasıyla İranın Ermənistanla sərhəddəki imkanlarının məhdudlaşması məsələsidir.  

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, İran Zəgəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Onun sözlərinə görə, İran ilk növbədə dəhlizin açılması ilə regional imkanlarını itirmək istəmir:

“Yəni bu yolun Ermənistanın sırf ərazisindən geçməsi onun "qırmızı xətt" anlayışıyla bağlı deyil. Belə götürəndə Azərbaycanın torpaqları otuz il idi işğal altında idi və onun hər hansı bir "qırmızı xətti" olmadı. İran əksinə bununla bağlı hər hansı bir qərar vermədi və Ermənistanı silahlandırmaqda iştirak etdi”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloq qeyd etdi ki, İranın Qərbə çıxış imkanları Ermənistan üzərindən həyata keçirilir:

“Əfqanıstan  və digər ölkələrdən gələn narkotik ticarəti də yenə də İrana Ermənistan üzərindən ötürülür. İran bunu itirməklə türk dünyasının birləşməsi sürətlənə bilər və bu da onun maraqlarına xidmət etmir. Ona görə də gərginlik artır. Burada Rusiyanın da başqa çarəsi qalmır. Çünki onun Qərbdən izoliyasiya olunması yeni bir marşurutun Rusiya üçün nəfəslik rolunu oynadığını bilirik. Ona görə Rusiya Zəngəzur dəhlizi məsələsindən xüsusilə istifadə edir. Hesab edirəm ki, Rusiya İranı son nəticədə buna vadar edəcək. Çünki Rusiya ilə İran arasında olan münasibət bu məsələni yoluna qoyacaq. Məsələ burasındadır ki, İranın tutduğu mövqe, hər nə qədər Qərbə şeytan desə də, onunla yaxınlıq təşkil edir. Ona görə də düşünürəm ki, indiki vəziyyətdə İranın Rusiya ilə qarşıdurmada belə mövqe sərgiləməsi açıq şəkildə birinci Azərbaycana qarşı, sonra isə bölgədə marağı olan dövlətlərə qarşı tutduğu mövqe kimi qiymətləndirilə bilər”, - deyə S.Hümbətov yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ