"O yola əl atanlara hansı şəkildəsə məsuliyyətləri başa salınmalıdır" - MSK sədri
![](https://img.redaktor.az/news/2024/09/photo_254102.jpg?v=MDc6NDkyMDI0LTA5LTE2IDEyOjI5OjQ2)
Sosial şəbəkələrdə də müəyyən kombinasiyalar qurmaq səyləri olub.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, o görüntülərdə elə təəssürat yaranır ki, guya pozuntu var: “Buna vaxt itirən tərəflərə çatdırın ki, vaxt itirməsinlər. Biz bunu araşdırırıq. O yola əl atanlara hansı şəkildəsə məsuliyyətləri başa salınmalıdır. Bunlar qanunauyğun addımlar deyil. Bizim o prosesə nə qədər vaxtımız gedir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır